SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Xarici ölkələrdə alınan bəzi diplomlar Azərbaycanda niyə tanınmır?

19-12-2018, 20:43 | Oxunub: 71 |

Xarici ölkələrdə alınan bəzi diplomlar Azərbaycanda niyə tanınmır?

“Gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma (hazırda 4 aydan az olmayan müddətə) endirilməsi üçün işlər görülür. Təbii ki, bu da tələb olunan sənədlərin düzgün şəkildə təqdim edildiyi halda ola bilər ki, biz əlavə vaxt itirməyək”.

Bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən və təhsil nazirinin müşaviri Həsən Həsənli deyib.

Onun sözlərinə görə, Bakıda yerləşən bəzi xarici ölkə universitetlərinin filiallarında təhsilini bitirənlərin sənədlərinin tanınması prosesi daha rahatdır: “Çünki həmin universitetlərin proqramları və təşkilati strukturları və s. barədə bizdə məlumat var. Eyni zamanda, məzunların siyahısı rəsmi şəkildə bizə təqdim olunur. Bunlar olduqda digər sübuta və ekspertizaya ehtiyac qalmır. Ona görə də müddət minimala düşür”.

H.Həsənli vurğulayıb ki, xaricdə təhsil alınlar ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi ilə (nostrifikasiyası) bağlı daxil müraciətlər arasında az sayda problemlər müşahidə olunur: “Çalışırıq ki, bunu da vətəndaşın xeyrinə həll edib uyğun ixtisas tapaq. Təcrübə onu göstərir ki, bu kimi ixtisaslar adətən iqtisadi sahədə özünü göstərir. Nadir hallarda ixtisasın ekvivalentliyini tapmayanda diplom tanınmır. Müraciətlər nəticəsində diplomlar üçün olan imtina halları daha çox humanitar sahə üzrə təhsil alanlarda olur”.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR