SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Ağ Evdən açıqlama: “Tramp demokratlara qarşı hüquqi təqibə başlamayacaq”

25-03-2019, 15:11 | Oxunub: 32 |

Ağ Evdən açıqlama: “Tramp demokratlara qarşı hüquqi təqibə başlamayacaq”
“Prezident Donald Tramp Rusiyanın 2016-cı ildə keçirilən prezident seçkilərinə qeyri-qanuni müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin hesabatına görə ABŞ Ədliyyə nazirliyinə (həm də Baş prokurorluq) öz siyasi opponentlərinə qarşı hüquqi təhqiqata başlamaq barədə göstəriş verməyəcək”.

vetenoglu.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Donald Trampın mətbuat katibinin müavini Hoqan Gidli prezidentin təyyarəsində jurnalistlər üçün verdiyi brifinqdə söyləyib.

H.Gidli hesabatın nəticələri barədə prezidentə məruzə olunduqdan sonra onun Florida ştatındakı Mar-a-Larqo malikanəsinə getdiyini bildirib.

O, Ağ Evin Robert Müllerin konfidensial xarakter daşıyan hesabatı barədə müfəssəl məlumatının olmadığını təkrarlayıb. “Prezidentin xüsusi prokuror Robert Müllerin məruzəsinin hamısını incələyəcəyi də bəlli deyil”, - deyə mətbuat katibi vurğulayıb.

Ağ Ev rəsmisi ABŞ liderinin özünü olduqca əla hiss etdiyini və hər şeyin yaxşı bitməsinə görə şad olduğunu jurnalistlərin diqqətinə çatdırıb.

Mətbuat nümayəndələri prezidentin hesabat barədə xəbəri olmaya-olmaya hansı səbəbdən özünü bəraət alırmış kimi göstərdiyni soruşublar.

Hogan Gidli isə “prokurorlar bəraət vermirlər, onlar sadəcə məhkəmə qaydasında təhqiqat aparırlar”, deyərək qeyri-müəyyən cavab verib.

vetenoglu.info

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR