SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Böyük görüş: Trampla Kim Çen İnn görüşdü

27-02-2019, 20:20 | Oxunub: 41 |

Böyük görüş: Trampla Kim Çen İnn görüşdüABŞ və Şimali Koreya prezidentləri Donald Trampla Kim Çen Inın Vyetnamın Hanoy şəhərində ikinci sammiti başlayıb

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, "Tass.ru" bildirir ki, ABŞ və Şimali Koreya liderləri təkbətək 10 dəqiqə görüşüblər. Bundan sonra onlar hər iki tərəfin nümayəndə heyəti ilə birlikdə nahar ediblər. Nahar mətbuata açıq şəkildə baş tutub.

Tramp çıxışında deyib: "Bizim birinci sammit çox uğurlu idi. Mən də sizin kimi məmnun qalmışdım. Düşünürəm ki, bu da birinci kimi və ya ondan daha möhtəşəm olacaq. Biz çox uğura çatmışıq və ehtimal edirəm ki, onlardan ən vacibi bizim münasibətimizdir. Bu, həqiqətən də, yaxşıdır".

Kim Çen In vurğulayıb: "Ümid edirəm ki, hər kəsi qane edəcək nəticəni əldə edərik. Bunu edəcəyimizə əminəm".

Görüş bitdi. Danışıqların ikinci və əsas hissəsi fevralın 28-də baş tutacaq.

Qeyd edək ki, liderlərin ilk görüşü 2018-ci il iyunun 12-də Sinqapurda baş tutub.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR