SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

“Həkimlərimizi tanıyın!” rubrikamızda Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı tibb elmləri doktoru, professor Sabir Həbibovdur.

3-02-2019, 02:11 | Oxunub: 513 |

“Həkimlərimizi tanıyın!” rubrikamızda Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı tibb elmləri doktoru, professor Sabir Həbibovdur.
“Həkimlərimizi tanıyın!” rubrikamızda Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı tibb elmləri doktoru, professor Sabir Həbibovdur.
“Həkimlərimizi tanıyın!” rubrikamızın növbəti qəhrəmanı 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuş, 2008-ci ildə “Rusiya Federasiyasının əməkdar həkimi” adına layiq görülmüş və bir nəçə nüfuzlu adların və medalların sahibi - Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Sabir Həbibovdur.

Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Tibb və Texniki Elmlər Akademiyasının, Rusiya Cərrahlar Cəmiyyətinin və Avropa Endoskopik Cərrahlar Birliyinin həqiqi üzvü olan SABİR HƏBİBOV tibb elmləri doktoru, professordur.

1967-1973-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakultəsində təhsil alan Sabir doktor artıq 1974-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Klinik Eksperimental Tibb Elmi Araşdırma İnstitutunun Döş Qəfəsi Cərrahiyyəsi şöbəsində həkimlik praktikasına başlayıb.

Daha sonra Rusiya Federasiyasında fəaliyyətini davam etdirən həkim 1981-1982-ci illərdə Moskva şəhərində 12 saylı Moskva şəhər uşaq poliklinikasında - travmatoloq, 1983–1993-cü illərdə Moskva Şəhər Səhiyyə Departamentin 79 saylı Klinik Xəstəxanasında - cərrah, 1993-2017-ci illərdə isə Moskva Şəhər Səhiyyə Departamentinin S.S.Yudin adına Klinik Xəstəxanasında Endoskopik cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

Sabir Həbibov 53 elmi əsərin, 3 səmərəli təklifin və Düz bağırsaq sivişlərinin Modifikasiya edilmiş Endoskopik Cərrahı Müalicəsi ilə bağlı ixtiranın müəllifidir (Patent N 2524305).

Sabir Həbibovun qəbulu pulsuzdur, qəbula yazılmaq üçün əlaqə nömrələr: 050 341 06 76; (012) 537 01 93
Ünvan: Bakı şəhəri, K,Kazımzadə küç. 118. AZ 1065,

https://web.facebook.com/Pr-Doktor-Sabir-H%C9%99bibov-239134030095250/

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR