SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Elxan Bəşirov özəl şirkətləri sosial layihələrə dəstək verməyə çağırdı

15-03-2019, 19:21 | Oxunub: 30 |

Elxan Bəşirov özəl şirkətləri sosial layihələrə dəstək verməyə çağırdıAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişaf proqramı çərçivəsində bu kənddə təşkil etdiyi tədbirdə "Mətanət A” şirkətinin nümayəndələri, o cümlədən şirkətin Müşahidə Şurasının sədri Elxan Bəşirov da iştirak edib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda regionların inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və həyata keçirilən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. "Mətanət A” şirkətinin Müşahidə Şurasının və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov isə çıxışında sahibkarların belə layihələrdə iştirakının vacibliyinə toxunub və iş adamlarını bu kimi sosial layihələrə dəstək verməyə çağırıb. Rəhbərlik etdiyi şirkətin hər zaman vətəndaşlarımızın rifah halının yüksəldilməsi və məşğulluğunun artırılmasına xidmət edən layihələrdə fəal iştirak etdiyini qeyd edən Elxan Bəşirov bunun hər bir sahibkarın vətəndaşlıq borcu olduğunu deyib. Şirkət rəhbəri tezliklə işğal altındakı digər torpaqlarımızın da azad olunacağına əminliyini ifadə etməklə bu ərazilərdə həyata keçiriləcək bərpa işlərində də "Mətanət A” şirkətinin yaxından iştirak edəcəyini söyləyib.

Xatırladaq ki, "Mətanət A” şirkəti "Böyük Dönüş” layihəsi çərçivəsində Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq, yeni istehsal sahələrinin yaradılması, istixanaların qurulması, kənd təsərrüfatının müxtəlif sahələrinin təkmilləşdirilməsi işlərinə istehsal etdiyi məhsullarla dəstək göstərir. Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan şirkət ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsulları ilə Cocuq Mərcanlıda yeni sənaye sahələrinin yaradılmasına da öz töhfəsini verməkdədir.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR