SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

AZAL-ın təyyarəsi Antalyadan qayıdan 4 klubumuzun yüklərini Bakıya gətirmədi

27-01-2019, 23:44 | Oxunub: 43 |

AZAL-ın təyyarəsi Antalyadan qayıdan 4 klubumuzun yüklərini Bakıya gətirmədiAntalyadakı təlim-məşq toplanışını başa vurub bu gün eyni təyyarə ilə Bakıya qayıdan 4 klubumuz problemlə üzləşib.

"Qarabağ”, "Neftçi”, "Qəbələ” və "Sumqayıt”ın futbolçularının, eləcə də digər sərnişinlərin əksəriyyətinin təyyarənin yük yerinə verilmiş əşyaları gəlməyib. Hətta "Sumqayıt”ın məşq ləvazimatlarının Antalyada qaldığı bildirilir.

Klub nümayandələri Bakı aeroportunun əməkdaşlarına istinadən bildiriblər ki, komandaların yükü normadan artıq olduğundan Bakıya bugünkü reyslə gətirilməyib.

Qeyd edək ki, klubların üzvlərini Bakıya AZAL-ın təyyarəsi gətirib. Onlara bildirilib ki, yüklər Azərbaycana bir də gələn həftənin üçüncü günü olan reyslə göndəriləcək.(qol.az)

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR