SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Məşhur futbolçu “Monako”ya keçir

2-01-2019, 21:00 | Oxunub: 82 |

İngiltərənin “Çelsi” klubunun futbolçusu Sesk Fabreqas karyerasını Fransa təmsilçisi “Monako”da davam etdirməyə yaxındır.
Məşhur futbolçu “Monako”ya keçir
“Report” “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı ispaniyalı yarımmüdafiəçi sabiq komanda yoldaşı, hazırda “Monako”nun baş məşqçisi olan Tyerre Anrinin rəhbərliyi altında çıxış etmək istəyir.

Transferin gələn həftə rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Fabreqas karyerası ərzində İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” komandalarının da formasını geyinib. O, 2014-cü ilin yayında “Çelsi” ilə 5 illik müqavilə bağlayıb və hazırda əsas heyətə düşməkdə çətinlik çəkir.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR