SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Azərbaycana gəlib.

23-12-2018, 21:47 | Oxunub: 69 |

Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Azərbaycana gəlib.

Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində argentinalı sabiq futbolçu, dünya şöhrətli hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində Azərbaycana gəlib. “Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu gün Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzeydə E.Kresponun imza günü təşkil edilib.

Muzeyin ziyarətçiləri ondan imza alıb və foto çəkdiriblər.

Krespo daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, E.Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998-1999-cu il mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş yaşayan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR