SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Azərbaycanda bədbəxt hadisə: Yaxınları gənc qadını asılmış vəziyyətdə tapdı

11-03-2019, 13:05 | Oxunub: 39 |

Azərbaycanda bədbəxt hadisə: Yaxınları gənc qadını asılmış vəziyyətdə tapdıSalyan rayonunda gənc qadın intihara cəhd edib.AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Günel İsmayıl qızı Tağıyeva özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb. Onu asılmış vəziyyətdə görən ailə üzvləri dərhal xəstəxanaya çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, G.Tağıyevanın vəziyyəti ağırdır.

Ailəli olan gənc qadının hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR