SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Sumqayıtda maşınlara qənim kəsilən şəxs saxlanıldı

17-11-2018, 17:29 | Oxunub: 48 |

Sumqayıtda maşınlara qənim kəsilən şəxs saxlanıldıSumqayıt şəhərində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Vetenoglu.info-ya verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda şəhər ərazisində "Volkswagen”, "Toyota”, "KİA”, "Opel” və "Nissan” markalı 5 avtomobildən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Emin Duduyev saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Ələkbərovun ətrafında Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində isə onun şəhər ərazisində daha 4 avtomobildən məişət əşyaları və akkumulyator oğurlaması da müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri aparılır.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR