SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Ölkədə biyabır olan icra başçısı kimdir?

5-04-2019, 01:25 | Oxunub: 409 |

Ölkədə  biyabır olan icra başçısı kimdir?Laçının başçısı saxta diplomlu,fərari Aqil Nəzərli gəldiyi ilk gündən savadsızlığı,qabliyyətsizliyi,rüşvətxorluğu,uzun illər bir yerdə işlədiyi iş yoldaşlarına xəyanətiyləriylə özünü biyabır etdi.Sosial şəbəkələrdə şikayət edənlərin sayı artdıqca Aqil Nəzərli media gündəminin fenomeninə çevrildi.İlk öncə 15 iyun Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə Laçın rayon ictimaiyyəti qarşısında,ziyalıların önündə Azərbaycanın ölməz dahi şəxsiyyəti Heydər Əliyev haqqında şər-böhtan dolu çıxış edərək Ulu Öndərin Azərbaycan xalqına,vətəninə,dövlətinə uzun illər göstərdiyi xidmətə kölgə saldı.Rayonda o qədər qanunsuzluqlarla məşğuldur ki,sadalamaqla bitmir.
Laçının yeganə icra başçısıdır ki həm savadsız,həm danışığını bilməyən,insanları şərləyərək vəzifələrindən kənarlaşdırır.
Mediada hər gün Aqil Nəzərlinin qanunsuzluqları işıqlandırılsada,Aqil Nəzərlini yuxarılarda müdafiə edənlər bu başçının çirkin əməllərini Cənab Prezidentdən gizlətməyə müvvəfəq olurlar.Ona görə ki,Aqil Nəzərlini başçı təyin etdirəndə Cənab Prezidentə yaxşı oğlan,savadlı kadr kimi tanıtdırdıqlarına peşman olduqları üçün Aqil Nəzərlinin bu əməllərini ört-basdır etmək məcburiyyətində qalıblar.Saxta sənədlərlə (zabit vəsiqəsi,saxta diplom) Cənab Prezidentə təqdim ediblər.
Əslində Aqil Nəzərli hərbidən yayınmış fərari,saxta diplomlu və sonradan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirdiyi üçün Cənab Prezidentə saxta diplomu yox,saxta diplomla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub bitirdiyi diplomla təqdim ediblər.Aqil Nəzərlinin bütün bu saxta sənədləri əldə etməyi özü bir cinayətdir.
Aqil Nəzərlinin Saxta diplomla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına necə qəbul olunduğu da müəmmalıdır.İlk öncə bu araşdırılmalıdır.
Hərbidə olmayan Yararsız Hərbi bilet alan Aqil Nəzərli sonradan necə ehtiyyatda olan zabit vəsiqəsini alıb?
Bütün bunlar araşdırılsa cinayət məsuliyyəti qaçılmazdır.
Başdan ayağa saxta olan bu insan 3 ildir ki,işğal altında olan rayonu talayır.
Laçınlılar Cənab Prezidentin sərəncamını səbirsizliklə gözləyirlər.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR