SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

79 yaşlı Laçın rayon sakini Baxşeyiş Həmidovun fəryadı Mehriban xanım Bizi Aqil Nəzərlinin zülümündən xilas edin......

3-04-2019, 14:22 | Oxunub: 675 |

Laçın rayonundan məcburi köçkün Laçın rayonunun Qarakeçdi kənd sakini 79 yaşlı Həmidov Baxşeyiş Bəxtiyar oğlu sayıtımız vasitəsiylə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevaya müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik.
79 yaşlı Laçın rayon sakini Baxşeyiş Həmidovun fəryadı Mehriban xanım Bizi Aqil Nəzərlinin zülümündən xilas edin......

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Heydər Əliyev Fondunun prezidentidi, UNESCO-nun, ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevaya
Laçın rayonunun Qarakeçdi kənd sakini Həmidov Baxşeyiş Bəxtiyar oğlu tərəfindən

Ərizə

Hörmətli Mehriban xanım!
Möhtərəm Cənab Prezidentimizin və Sizin ölkəmiz üçün gördüyünüz işlər yorulmaz və çoxşaxəli fəaliyyətləriniz sayəsində ölkəmizdə həyata keçirilən quruculuq işləri, Xalqımızın sosial-rifah halının daim yaxşılaşdırılması istiqamətində aparılan islahatlar, gördüyünüz işlər ölkə vətəndaşları kimi bizim ailədədə minnətdarlıqla qarşılanır, bütün uğurlarınıza ürəkdən sevinirik. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsindən, regionda lider dövlətə çevrilməklə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul etdirməyinizlə qürur duyur, daim iftixar hissi keçiririk.
Mən Laçın rayonundan məcburi köçkünəm, Birinci Qarabağ müharibəsi və əmək veteranıyam, Yeni Azərbaycan Partiyasının üzvüyəm, uzun müddət müxtəlif vəzifələrdə işləyərək Dövlətimizə xidmət etmişəm, hal-hazırda məcbur köçkün kimi Ağcabədi rayonu, Taxta körpü ərazisində 552 saylı qəsəbədə ailəmlə birlikdə müvəqqəti məskunlaşmışıq.

Hörmətli Mehriban xanım, 79 yaşımda bu müraciətimin səbəbi Laçın rayonunun hərbi xidmətdə olmamış, saxta diplomlu başçısı Aqil Nəzərlinin karrupsiya və qanunsuz əməlləri barədə aidiyyati dövlət orqanlarına çoxsaylı müraciətlər etsəmdə müraciətlərim cavabsız və nəticəsiz qalmış heç bir tədbir görülməmişdir.
Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbəri Cavanşir Yusifova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Vaqif Həsənova, Laçın rayon prokuroruna və eləcədə aidiyyati dövlət orqanlarına çox saylı müraciətlər etsəmdə cavsız və nəticəsiz qalmışdır.

Müraciətlərim araşdırılmadan Aqil Nəzərliyə göndərilir ki, Aqil Nəzərlidə yuxarı orqanlara müraciət etdiyimiz üçün bizi təqib və təziqlərə məruz qoyur.
Aqil Nəzərli Laçın sakinləriylə düzgün rəftar etmir, əksinə rayonda özbaşnalıq, rüşvətxorluq, karrupsiya tuğyan edir.
Aqil Nəzərli Möhtərəm Cənab Prezidentimizin verdiyi sərəncam və fərmanların, Xalqımızın sosial-rifah halının daim yaxşılaşdırılması istiqamətində apardığı islahatların, gördüyü işlərin əksinə olaraq sakinləri incidərək xələl gətirir.

Aqil Nəzərli Laçın rayonuna ayrılmış maliyyə vəsaitlərini saxta sənədlər tərtib edərək mənimsəyir. Dövlət vəsaitini yaxınlarının adına təsis etdirdiyi saxta firmaların hesabına köçürərək mənimsəyir.

Hörmətli Mehriban xanım, Aqil Nəzərli Laçın rayonuna başçı təyin edildiyi gündən rayon sakinlərinin problemlərini həl etmək əvəzinə , sakinləri hədələyir, şantaj edib şərlədir, həps etdirir.

Aqil Nəzərlidən öncə hər il Şəhidlərimizin yad edilməsi məqsədiylə rayon tərəfindən ehsanlar verilirdi ki, Aqil Nəzərli başçı olduqdan sonra bunu sənəd üzərində edib bura ayrılmış pulu mənimsəyir.

Hər il İcra Hakimiyyəti qurban bayramında qurbanlar kəsərək imkansız ailələrə, Şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına paylayırdı, Aqil Nəzərli başçı olduqdan sonra qurbanlıq üçün toplanan heyvanları kəsməyərək fermasına apararaq mənimsəmişdir.
Hörmətli Mehriban xanım, 2016-cı ilin aprel döyüşlərində Aqil Nəzərli Bakı şəhərinə qaçaraq gizləndi, ona görə ki, Aqil Nəzərli hərbi xidmətdə olmayıb, ordunun və müharibənin nə olduğunu bilmir.

Azərbaycan dövləti və qanunlarına əsasən vətəndaşlarına milliyətinə dininə irqinə siyasi baxışlarına görə heç bir ayrıseçkilik fərq qoyulmamasına baxmayaraq Aqil Nəzərli başçı gəldiyi gündən Laçın rayonunda Laçınlılar arasında milli ayrısüçicilik edir.

Bildiyimiz kimi Dövlətimizin tərkibində bir sıra millitlər o cümlədən kürdlərdə yaşayır ki, Dövlətimiz tərəfindən vətəndaşları arasında milli ayrıseçicilik qoyulmasada Laçın rayonunda Aqil Nəzərli başçı olduqdan sonra sakinlər milli mənsubiyyətlərinə görə təqib və təziqlərə məruz qalır.

79 yaşlı Laçın rayon sakini Baxşeyiş Həmidovun fəryadı Mehriban xanım Bizi Aqil Nəzərlinin zülümündən xilas edin......































Bu belə olmasaydı 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş xalam nəvəsi Şəhid Ülvin Məmmədovun xatirəsini əbidiləşdirmək üçün bir iş görülərdi. Heç olmazsa oxuduğu məktəbə adı verilərdi. Amma yenədə milli mənsubiyyətə görə heç bir iş görülmədi.

Bundan başqa Laçın rayonunda İcra Hakimiyyətində eləcədə idarə müəsisələrdə işləyən kürd əsilli ziyalılarımız milli mənsubiyyətlərinə görə Aqil Nəzərli tərəfindən milli kimlikləri hədəf göstərilərək şantaj edilib, şərləyərək işdən çıxarımışdır. Vəzifələrə təyin etdiyi şəxslərdə saxta diplomlu, hərbi xidmət keçməmiş savadsız şəxslərdir.

Aqil Nəzərli bu ayrıseçiciliyi etməklə bir məsələni unudur ki, biz hamımızda Azərbaycanlıyıq və bundanda qürur hissi duyuruq.

79 yaşlı Laçın rayon sakini Baxşeyiş Həmidovun fəryadı Mehriban xanım Bizi Aqil Nəzərlinin zülümündən xilas edin......


























Hörmətli Mehriban xanım, Aqil Nəzərli 15 iyun 2017-ci il tarixdə 15 iyun Milli Qurtuluş gününə həsr edilmiş Laçın rayon tədbirində Laçınlılar qarşısında Ulu Öndərimiz haqqında həqiqətlərə uyğun olmayan şər böhtan ifadələr işlətdi. Həmin tədbirdə Laçının bütün idarə müəssisə rəhbərləri və sakinlərdə iştirak edirdilər.
Bütün bunlarda onu göstərir ki, Aqil Nəzərlinin özbaşnalıqları sərhəd tanımır.

Hörmətli Mehriban xanım, Laçınlılar olaraq inanırıq ki, bizi Aqil Nəzərlinin zülümündən xilas etmək üçün haqq səsimizi Möhtərəm Cənab Prezidentimizə çatıracaqsınız.

Aqil Nəzərlinin qanunsuz əməlləri Cənab Prezidentimizin siyasətinə, gördüyü işlərə, həyata keçirdiyi islahatlara ziddir. Aqil Nəzərlinin əməlləri köklü şəkildə araşdırılsa görərik ki, bizim yazdıqlarımız az bir hissədir. Laçın rayonu Aqil Nəzərlinin karrupsiya girdabında boğulub, rüşvət ifunətinə qərq olubdu.
Hörmətli Mehriban xanım, bu yaşımda Sizdən xahiş edirəm bizi Aqil nəzərlinin zülümündən xilas edin.

İmza: Həmidov Baxşeyiş Bəxtiyar oğlu

Həmidov Baxşeyiş Bəxtiyar oğlunun şəxsiyyət vəsiqəsinin nömrəsi, Aze № 098858248

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR