SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR

25-03-2019, 22:07 | Oxunub: 512 |

Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR

Aqil Nəzərliylə qardaşı Müqabil Nəzərlinin şantaj əməlləri 3 mart 2016-cı ildə öz bəhrəsini verdi.

Belə ki, 3 mart 2016-cı ildə bu ikilinin şantajları Akif Səlimovun rayon rəhbərliyindən getməsiylə nəticələndi ki, Laçın rayon rəhbərliyi saxta diplomlu hərbi xidmətdə olmamış Aqil Nəzərliyə həvalə olundu. Aqil Nəzərlinin hələ başçı əvəzi olduğu vaxtdan da Laçın və Laçınlıların qara günləri başladı.



Aqil Nəzərli gəldiyi ilk gündən idarə müəsissə rəhbərlərini toplayaraq küçə və idarə müəsissələrin fasadlarının təcili rənglətmələrini tapşırdı və bu tapşırıq yerinə yetrildi.

Amma bu fasadların rənglənməsi əslində Aqil Nəzərlinin Taxta körpüdə olan Laçın qərargahında yerləşən idarə müəsissələrin və küçələrin fasadlarının rənglənməsi deyil, bunu dövlət büdcəsindən ayrılmış külli miqdarda pulların bu adla silinməsi üçün Dövlətin gözünü boyamaq idi. Aqil Nəzərli bu işləri idarə-müəsissə rəhbərlərinin şəxsi vəsaitləri hesabına etdirsədə, görülən işləri büdcə hesabına edilmiş kimi sənədləşdirib dövlətin külli miqdarda maliyyə vəsaitini mənimsəmişdir.

Beləliklədə Laçın rayonunun saxta diplomlu-fərari başçısı Aqil Nəzərlinin karrupsiya və rüşvətxorluq əməlləri məhs elə talan Taxta körpünün Laçın Obaları yazılan girişindən başladı demək olar.

Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR









Nəzərə alsaq ki, Aqil Nəzərli 40 manat pul rüşvət almağa görə 40 km maşın sürən adamdır, o zaman icra başçısı təyin olunduqdan sonranələrin baş verdiyini anlamaq bir o qədərdə çətin deyil.
Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR













Aqil Nəzərli başçı əvəzi gəldiyi ikinci aydan təmir tikinti adıyla maxinasiyalar edərək dövlətin külli miqdarda vəsaitini mənimsəməyə başladı.
Aqil Nəzərli bu işdən daha çox qazandığını görüb eyni ildə özünün qoydurduğu cağlarıda sökdürüb yerinə keyfiyyətsiz materialardan qala divarları hördürdü.
Bir ilin içərsində eyni yere 2 dəfə pul xərclənməsinin məqsədi nə ola bilər?

Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR













Təbii ki, Aqil Nəzərli abadlıq işləri adı altında talançılıqla məşğul olur, müxtəlif şəxslərin adına açılmış saxta şirkətlər vasitəsiylə maliyyə maxinasiyaları həyata keçirir.
Belə ki, Aqil Nəzərli “Taxtakörpü” qəsəbəsində Heydər Parkı və Gənclər Parkı ətrafında Ramiz müəllimin dövründə inşa edilmiş səki və almaturdan hazırlanmış dəmir cağları sökdürüb keyfiyyətsiz materialdan olan profil materialından yeniden cağ elətdirdi.
Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR









Maraqlıdır əgər keyfiyətli materialdan hazırlanmış səki və cağları sökdürüb keyfiyətsiz və ucuz materialdan etmək nə məqsədə edilir?

Nəzərə alsaq ki, Laçın rayonu işğaldadır və Taxta körpüdə Laçın rayonu müvəqqəti qərargah olaraq yerləşib və 35 min Laçınlı məcburi köçkün Taxta körpü ərazisində Laçın obalarında qarğı qamış daxallarda və yeraltı daxmalarda minbir əzab əziyyətlə yaşayır və Aqil Nəzərlinində bu milyonluq maxinasiyaları Laçın sakinlərinin problemlərini həll etmir, o zaman bu maxinasiyalar tək bir adama Aqil Nəzərliyə milyonları qazandırmaqdan başqa bir şey deyildir.
Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR

















Təbidir ki, təmir adıyla dövlət büdcəsindən milyonlarla dövlətə məxsus pulları bu adla mənimsəmək daha rahatdır və şübhə doğurmur.

Laçın rayonun keçmiş başçısı Akif Səlimovun dövründə Taxta Körpüdə Laçın Obalarının girişində torpaqdan yaşıl zolaq salınmışdır, bu da bir növü gənclərimizə Laçının dağlıq əraziyə malik olmasını xatırlatmaq məqsədiylə edilmişdir ki, Aqil Nəzərli bunu özünə məxsus market və Laçın petrolun qarşısının kəsildiyi kimi görüb, həmin yaşıllıq zolağının dağıdılmasıyla son qoyuldu ki, burdada saxta sənədlər tərtib edilib dövlətin pullarını mənimsədi.

Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR








Təhsil şöbəsinin qarşısında böyük dayanacaq yaradılmışdı ki, buda sakinlərin Taxta körpüyə gəldiyi zaman avtomobillərini həmin dayanacaqda saxlayıb işlərini rahat həl etməyə imkan yaradırdı ki, Aqil Nəzərli həmin dayanacağı 12 min manata satdı. Laçın sakinlərinin acınacaqlı bir vəziyyətdə yaşadıqları bir vaxtda A. Nəzərlinin bu kimi əməlləri Laçınlılar tərəfindəndə kəskin reaksiyalara səbəb olur ki, sosial şəbəkələrə nəzər salsaq bunu açıq görə bilərik.

Bundan başqa Aqil Nəzərli ölkə başçısının dəfələrlə məmurlara “Xalqın içində olun və problemlərini həll edin” tapşırığını verməsinə rəğmən, Aqil Nəzərli ölkə başçısının tapşırıqlarını qulaqardına vuraraq, xalqla arasına qalın divarlar hörür.
Ölkəmiz müharibə şəraitində olduğu bir dövrdə Aqil Nəzərlinin var-olanı sökdürüb, yerində yenisini inşa etdirməsi söz yox ki, tikinti üçün ayrılan pulları mənimsəmə istəyindən irəli gəlir.

O, icra başçısı təyin edildiyindən bu günədək rayon əhalisinin problemlərini aradan qaldırmaq üçün heç bir iş görmür.
Aqil Nəzərlinin yeni nə isə inşa etdirmək əvəzinə, var- olanı sökdürüb, başqasını tikdirməkdə məqsədi söküntü materiallarını satmaq, tikintiyə ayrılan vəsaitin az bir qismini tikintiyə sərf edib, böyük qismini isə mənimsəməkdir. Bütün bu maliyyə maxinasiyalarında isə özünə yaxın olan müxtəlif şəxslərin adına açılmış saxta firmalardan istifadə olunur.

Qəsəbənin girişində yararsız torpaq sahəsində çox böyük əziyyətlə salınan Heydər Parkı və Gənclər parkı qəsəbəyə xüsusi bir gözəllik verirdi. Rayonun əvvəlki icra başçısı Ramiz Cəbrayılovun dövründə salınan parkları küçəylə ayıran dəmir cağlı divar elə formada inşa edilmişdi ki, kənardan parkın yaşıllığını, güllərini, çiçəklərini görmək mümkün idi.

Təəssüf ki, həmin bardurların yerində inşa edilən hündür divarlar camaatı bu gözəlliyi seyr etməkdən də məhrum etdi.
Laçınlı məcburi köçkünlərin məskunlaşdığı “Taxtakörpü” qəsəbəsində yayda tozdan, qışda isə palçıqdan hərəkət etməyin mümkün olmadığı qəsəbəarası yolları təmir etmək, 589 ailənin içməli suyu yalnız bir bulaqdan götürdüyünü nəzərə alaraq, içməli su və çoxsaylı problemləri həll etmək əvəzinə icra başçısının dövlət vəsaitini israf edərək, belə bir məsuliyyətsiz addım atması nəyə xidmət edir.

Yayın istisində tozdan, qışın yağmurlarında palçıqlı yolların verdiyi çətinliklərin aradan qaldırılması əvəzinə, suya həsrət qalan sakinlərin icra başçısına etdiyi şikayətər müəmmalı şəkildə “qeyb” olur. İşsizliyin, iqtisadi böhranın tüğyan elədiyi bir zamanda məcburi köçkünlərin problemlərini həll etmək əvəzinə, onlara yeni problemlər yaratmaq nəyə lazımdır?

Təbi ki, bunun bir adı var camaatı Dövlətdən narazı salmaqdır ki, camaat Dövlətdən narazı düşsün Aqildə rahat karupsiya əməllərin həyata keçirə bilsin.
Aqil Nəzərlinin gəldiyi gümndən gördüyü işlərin Laçın sakinlərinə heç bir yararı yoxdur. Əksinə Aqil Nəzərli gördüyü işləri dərindən araşdırsaq görərik ki, görülmüş işlərin altında dövlətin külli miqdarda maliyyə vəsaiti Aqil Nəzərli tərəfindən saxta sənədlər tərtib edilərək mənimsənilmişdir.

Qarşı tərəfin mövqeyinidə dinləməyə hazırıq.

Araşdırmalarımız davam edir.



Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLARAqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLARAqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLARAqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR
Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR
Aqil Müqabil qardaşlarının şantaj əməlləri.Laçında nələr baş verir-ŞOK FAKTLAR

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR