SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Aqil Nəzərli Laçın rayonundan məcburi köçkünü intihar etməyə məcbur etdi........

24-03-2019, 17:40 | Oxunub: 654 |

Laçın rayon Qarakeçdi kend sakini hazırda Taxtakörpü qəsəbəsində müvvəqəti məskunlaşmış Aqil Nəzərlinin təqib və təziqlərindən Bakı şəhərində küçələrdə qaçqın həyatı yaşayan Həsənzadə Şamil Əsəd oğlu sayıtmız vasitəsiylə Azerbaycan Respublikasinin Prezdenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik.
Aqil Nəzərli Laçın rayonundan məcburi köçkünü intihar etməyə məcbur etdi........

Azerbaycan Respublikasinin Prezdenti İlham Əliyev cənablarına
Laçın rayon Qarakeçdi kend sakini hazırda Taxtakörpü qəsəbəsində müvvəqəti məskunlaşmış Aqil Nəzərlinin təqib və təziqlərindən Bakı şəhərində küçələrdə qaçqın həyatı yaşayan Həsənzadə Şamil Əsəd oğlu tərəfindən
Tel: 050 989 49 26

Ərizə

Məlumat üçün bildirirəm ki, 2017-ci ildə ailəmizin vəziyyətinin ağır olması və özümündə işə yararlı olduğum üçün Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qəbulunda oldum. Ailə vəziyyətimizin ağır olduğunu üçün, kömək məqsədiylə mənim işlə təmin olunmağımı xahiş etdim. Aqil Nəzərli işlə təmin olunmağım üçün qardaşı Müqabil Nəzərliylə görüşüb mənə bu barədə köməklik etməsini deməyimi bildirdi. Məndə Müqabil Nəzərlinin Laçın petroldakı ofisinə getdim və Müqabil Nəzərliylə görüşdüm Aqil Nəzərlinin göndərdiyini dedim. Müqabil Nəzərlidə mənə fermalarında işləməyimi dedi. Məndə bildirdim ki, mən nökərçilik etməyə deyil dövlət tərəfindən yaranmış idarələrin birində fəhlə işlə təmin olunmağıma köməklik et. Müqabil Nəzərli mənə bildirdi ki, idarə müəsisələrdə işə düzəlmək üçün şirinlik verməlisən. Məndə işə düzəldikdən sonra ilk maaaşımla şirinlik üçün marketlərindən şokalat-konfet alıb imkansız uşaqlara paylayacağımı bildirdim. Müqabil Nəzərli bunu eşidəcək mənə bildirdi ki, özünü bilməməzliyə vurma nə konfeti, şirinlik üçün 900 (doqquz yüz) manat verməlisən. məndə bildirdim ki, imkanım olsaydı niyə iş istəyirəm ki, elə özüm bir təhər dolanaram. Müqabil Nəzərli bunu eşidib məni ofisindən qovdu.

Bundan sonra mən evimizə gələrək atam Həsənov Əsəd Sərhad oğluna bildirdim ki, mənim işlə təmin olunmağım üçün Aqil Nəzərli 900 (doqquz yüz) manat pul istəyir. Atamda bildirdi ki, bizim imkanımız yoxdur. Məndə məcbur olub aidiyyati yuxarı orqanlara müraciət etdim və bundan sonra qara günlərim başladı.

Belə ki, Aqil Nəzərli Suvarma sistemlərində vəzifədə işləyən həmkəndlimə pul verərək məni şərlətdi. Onlar iddia edirdilər ki, guya mənə iş düzəltmək üçün pul veriblər. 16 yaşında bir uşaq iş düzəldə bilirsə, o zaman nədən imkansız olduğumuz üçün Aqil Nəzərlidən fəhləçilik istəyirəm?

Cənab Prezident, mən bu barədə Sizə və aidiyyati orqanlara müraciət etməyimə baxmayaraq Aqil Nəzərli məni həps etdirdi. Mənə qarşı bu şantaj şər böhtan işində şahid olmadığı üçün eyni ailədən bacı, qardaş, dayı, əmi kimi tapdılarsa şahid kimi üzümə dirəndirdilər. 18 yaşım olmamasına baxmayaraq Azərbaycan Respublikasının 178.2-ci maddəsiylə mənə cinayət işi açdırtdı Aqil Nəzərli.

Məni şantaj edirdilər ki, guya mənə iş düzəztmək məqsədiylə 2016-cı ildə pul veriblər. Yetkinlik yaşına çatmayan biri imkansızlıqdan Aqil Nəzərlinin yanına işlə təmin olunmaq üçün gedirsə və şantaj edilirsə, necə ola bilər ki mən başqası üçün iş düzəltdirmək üçün pul alıram?

Möhtərəm Cənab Prezident 03 mart 2016-cı il tarixdən sonra Laçın rayonunda şantaj-şər böhtan kapaniyası başlanılaraq günahsız insanlar şantaj edilib şərlənərək ləkələnir. Bu barədə yuxarı orqanlara müraciət etdikdə müraciətlərimiz araşdırılmadan Aqil Nəzərliyə göndərilir ki, müraciətlərimizi görən Aqil Nəzərlidə bizlərə qarşı şantaj və şərləmə metoduyla həps etdirir.

Məhs biz ailəmizlə birlikdə Azərbaycan Dövlətinə, Cənab Prezidentimizə sadiq olduğumuz üçün Aqil Nəzərli bizi şantaj edib şərlədir.

Mənə açılmış cinayət işi Aqil Nəzərlinin sifarişi olduğu üçün, iş qanunsuz araşdırıldı, qanunlar heçə sayıldı və məni həps etdilər. Həpsdən çıxdıqdan sonra Aqil Nəzərlinin təziq və təqibləri məni evimizdə yaşamağa imkan vermədi və mən evimizdən ikinci dəfə didərgin salınıb növbəti dəfdə qaçqın olundum.

Möhtərəm Cənab Prezident, Aqil Nəzərlinin sifarişinə alət olanların və bu sifarişi icra edənlərin adlarını ona görə yazmıram ki, növbəti dəfə şantaj edilib şərlənməyim deyə. Hazırda Aqil Nəzərlinin təqib və təziqlərindən mən Bakı şəhərində küçələrdə yaşamağa məcbur olmuşam. Küçələrdə ac-susuz qalmaqdan xəstə olmuşam. Böyrəklərim, ciyarlərim sıradan çıxıb. 2 ildir ailə üzüvlərimlə belə görüşə bilmirəm.

İki ildən sonra, yəni 2019-cu illin mart ayında bayramla əlaqədar Ağcabədi rayonu Taxta körpü ərazisində yerləşən Laçın rayon Qayğı Qəsəbəsində ki, uçuq daxmamıza gəldim. Aqil Nəzərli bunu eşidib qəzəblənmiş və polisə göstəriş vermişdir ki, məni həps etsinlər. Laçın rayon Polis polkovnik-leytenantı Rəftar müəllim tərəfindən mən çörək almağa gedərkən polislərə göstəriş verildiyindən saxlanıldım və mənə bildirildi ki, səni baqajda aparacağıq dedilər.

Mən bunlardan qorxaraq Rəfdar müəllimə məni buraxın bu gün istədiyiniz kimidə burdan gedəcəm dedim və evə gəldim, ailəmin narahat olmaması üçün bu barədə heçnə deməməyə çalışaraq evdən getmək istəyəndə xəstə anam arxamca ağladığını və bir gündə qal bayramdır dediyini eşitdim. Elə həmin an özünü sahə rəisi kimi tanıdan Çingiz adlı polis evimizə basqın edib mənə fiziki zor tətbiq edərək, şərəf və ləyaqətimi təhqir etdi.

Bu haqqda ise Daxili İşlər Nazirliyinin 102 qaynar xettinə müraciət etməyimə baxmayaraq uçuq komamızda yaşamağa imkan vermirlər.

Cənab Prezident, çox xahiş edirəm mənim müsəlman ölkələrinin birində həyatımın təhlükəsizliyinin təmin edilməsi məqsədiylə sığınacaq almağıma köməklik edin.

Əksi halda Aqil Nəzərlinin təqib və təziqlərindən bezidiyim üçün həyatıma suiqəsd edərək özümü öldürməkdən başqa çarəm qalmayıb.

Möhtərəm Cənab Prezident başıma gətrilənlərin yenidən araşdırılıb, qanunu pozanların ədalət qarşısında cavab verib laiqli cəzalarının almalarına göstəriş verməyinizi xahiş edirəm.

İmaza: Həsənzadə Şamil Əsəd oğlu
24.03.2017-ci il
Aqil Nəzərli Laçın rayonundan məcburi köçkünü intihar etməyə məcbur etdi........

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR