SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

"İlham Əliyevə təbrikim" - Emin Milli Cənab Prezidenti təbrik etdi.

17-03-2019, 12:39 | Oxunub: 139 |

Emin Milli İlham Əliyevə təbrikim.
"İlham Əliyevə təbrikim" - Emin Milli Cənab Prezidenti təbrik etdi.
İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir.

Azərbaycanda 127 siyasi məhbus var. Onların günahsız həbsə atıldığı istər ölkə ictimaiyyətinə, istərsə də beynəlxalq aləmə bəllidir. Hesab edirəm ki, bu gün onların bir qisminin azad edilməsi zəifliyn deyil, məhz real siyasi gücün və özünə əminliyin nümayişidir.

100-150 insanı həbsdə saxlamaqla nə hakimiyyət alınır, nə də itirilir. İlham Əliyevi dəvət edirəm bu siyasi xətti davam etdirsin və Azərbaycanı yavaş-yavaş real islahatlara doğru aparsın.

Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı intervyu alım. İlham Əliyev bunları etsə, həm ölkədə, həm də dünyada çox pozitiv, güclü, qorxmaz və maraqlı bir lider kimi böyük rəğbət qazanar və bütün Azərbaycanı irəliyə aparar.

İlham Əliyev 16 ildir hakimiyyətdədir. Ancaq indi, məhz hakimiyyətinin 16-cı ilində baş verən bu dəyişikliklər onun hakimiyyətini daha da möhkəmlədə bilər.

Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o Meydan TV-də müsahibə verəcək və tariximizdə yeni bir mərhələnin gəldiyini bəyan edəcək.

Düşünə bilərsiz ki, mən xəyalpərəstəm. Ola bilər. Amma mən səmimi inanıram ki, hər kəs dəyişə bilər və ətrafını da müsbət istiqamətdə dəyişdirər. Davamı gəlsin.
"İlham Əliyevə təbrikim" - Emin Milli Cənab Prezidenti təbrik etdi.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR