SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Şantaj edilərək şərlənən ehtiyatda olan zabitdən Prezidentə-MÜRACİƏT

15-03-2019, 19:06 | Oxunub: 466 |

Şantaj edilərək şərlənən ehtiyatda olan zabitdən Prezidentə-MÜRACİƏTMöhtərəm Cənab Prezident!
Ulu Öndərimiz Heydər Əliyevin xalqımıza bəxş etdiyi, əvəzolunmaz şəxsiyyət və ən layiqli davamçısı kimi yorulmaz və çoxşaxəli fəaliyyətiniz sayəsində ölkəmizdə həyata keçirilən quruculuq işləri, Xalqımızın sosial-rifah halının daim yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər ölkə vətəndaşları kimi Bizim ailədədə minnətdarlıqla qarşılanır bütün uğurlarınıza ürəkdən sevinirik. Müdrik və bacarıqlı dövlət başçısı kimi ölkəmizə rəhbərlik etdiyiniz illər ərzində dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsindən, regionda lider dövlətə çevrilməklə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasından, Azərbaycanın güclü dövlət kimi bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə məharətlə ev sahibliyi etməsindən qürur duyur, daim iftixar hissi keçiririk.

Cənab Prezident Ölkəmizdə hüquqi dövlət, demokratik cəmiyyətin əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş və Sizində bu prinsipləri yüksələn xətlə inkişaf etdirməniz, ölkəmizdə yaratdığınız demokratik mühüt insan hüquqlarının haqqlarının ən üt səviyədə qorunması multikultural dəyərlərə üstünlük verməyiniz bəzi qüvvələr tərəfindən hələdə anlaşılmamaqdadır.
Azərbaycan dövləti və qanunlarına əsasən vətəndaşlarına milliyətinə dininə irqinə siyasi baxışlarına görə heç bir ayrıseçkilik fərq qoyulmamasına baxmayaraq bu Aqil Nəzərli və qoluçomaqları tərəfindən bilərəkdən pozulmaqdadır. Hətta Laçın rayonunun başçısı Aqil Nəzərli daha irəliyə gedib Azərbaycan xalqının Ümummilli Lideri, Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu mərhum Prezidentimiz Heydər Əlirza oğlu Əliyevin imzasıyla yazılmış ana qanunumuz olan Konstitusiyamıza zidd olaraq Dövlətimizdə ayrıseçicilik ollmamasına vətəndaşların milliyətindən, dinindən, irqindən və siyasi baxışlarından aslı olmayaraq bərabər hüquqlu olmasına rəğmən bu gün Ulu Öndərimizin ideyalarına zidd adımlar atmaqdan belə çəkinmir. Aqil Nəzərli iddia ərizəmdə göstərdiyim Azərbaycan respublikasının qanunlarına açıqlama gətirib iddiamın əsasız olduğunu sübuta yetirməkdənsə Azərbaycan olmayan və heçvaxtda olmayacaq halları etirazında göstərmişdir.
Mən göstərmişəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozduğumuiddia edib işdən çıxarılıram, amma Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərinə əsasən işçinin özünün xəstəliyi ilə əlaqədar işə gəlməməsi üzürlü səbəb hesab olunur ki, məndə xəstəliyimlə əlaqədar rəhbərliyə yazılı ərizəylə 30.10.2017-ci il tarixdə müraciət etmişəm. Mənim müalicə olunmağım barədə rəhbərliyin adına yazdığım ərizəni qeydiyata alıb sonrada həmin rəhbərlik məni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozduğumu əsas gətrilib işdən çıxarılmağım hansı məntiqə əsasalanır.
“Dövlət Qulluğu haqqında”Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinin tələblərinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı olduğu halda araşdırma aparılmır, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası 30.1-ci bəndində deyilir ki, dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Buna baxmayaraq hətta 11 noyabr 2017-ci il tarixini də iş günü hesab edilməsi həmin gün həftənin şənbə günü olsa da, mən həmin günü də işə çıxmamaqla günahlandırılıram.
Əmək məcəlləsinin 79-cu maddəsinə əsasən Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallardan biridə İşəgötürən tərəfindən şəkərli diabetli xəstələrin nəzərə alınması olmasına baxmayaraq, mənimdə şəkərli diyabet xəstəsi olduğum halda işdən azad olunuram. Bütün bu göstərdiyim hallar istinad etdiyim qanunlar bəyəm Aqil Nəzərli üçün nəzərdə tutulmayıbmı. Laçın rayonunda Aqil Nəzərli üçün xüsusi qanunlarımı yazılıb.
Möhtərəm Cənab Prezident Sizdən xahiş edirəm Aqil Nəzərlinin savadsızcasın, sərişdəsizcəsinə atdığı adımların qanun çərçivəsində qiymətləndirilməsinə göstəriş verib bizi Aqil Nəzərlinin zülümündən xilas edəsiniz.

Şantaj edilərək şərlənən ehtiyatda olan zabitdən Prezidentə-MÜRACİƏTŞantaj edilərək şərlənən ehtiyatda olan zabitdən Prezidentə-MÜRACİƏT

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR