SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Aqil Nəzərli Laçın təhsilini qohumları arasında parçalayır

27-02-2019, 01:02 | Oxunub: 461 |

Aqil Nəzərli Laçın təhsilini qohumları arasında parçalayırLaçının saxta diplomlu,fərari icra başçısı Aqil Nəzərli özü kimi hərbi xidmətdən keçməmiş,auditoriya üzü görməmiş saxta diplom əldə etmiş qohumlarını məktəb direktoru vəzifələrinə gətirərək Laçın təhsilini və Laçın məktəblərində təhsil alan şagirdlərin gələcəyini də uçuruma aparır.İki həftə bundan öncə Laçın 11 saylı orta məktəbin kollektivi Bakı şəhərində yerləşən Laçın rayon icra hakimiyyətinin qərargahına gələrək öz etirazlarını bildiriblər.Qərargahdan etibarlı mənbələr bildirdi ki,burada məsələnin həll olunmadığını görən müəllim kollektivi Ağcabədiyə Taxta-Körpüdə yerləşən Laçın rayon icra hakimiyyətinə gedərək öz etirazlarını bildiriblər.Kollektivin etiraz etməyinin səbəbi isə Aqil Nəzərlinin Beynəlxalq Universitetin saxta diplomlu,saxta veteran vəsiqəsinin daşıyıcısı olan,dərman alverçisi yaxın qohumu Araslan Rzayevin həmin məktəbə direktor göndərilməsi olub.A.Nəzərli Araslan Rzayevi dəfələrlə 1 saylı məktəbə direktor təyin etmək istəsədə bu cəhdləri boşa çıxmışdır.Çünki savadı,qabliyyəti olmayan Araslan Rzayev müəllimlərin sərt tənqidinə tuş gəlmiş və 1 saylı məktəbə imtahandan keçmiş xanım direktor təyin olundu.Bundan sonra A.Nəzərli qohumunu müxtəlif yollarla,6000 manat rüşvət qarşılığında imtahandan keçirdib 11 saylı məktəbə direktor təyin etsədə kollektiv başçının bu təyinatından etiraz edir və məktəbdə vəziyyət gərgin olaraq qalır.Müəllim kollektivi Təhsil Nazirliyinə və Prezident Administrasiyasına şikayətlər etsələrdə hələ də dəqiq cavab ala bilməyiblər.A.Nəzərli qohumu Araslan Rzayevi məktəb-məktəb gəzdirdikcə Laçın ziyalılarını da özlərindən çıxarıb.1 saylı məktəbdə bitməyən oyun indidə 11 saylı məktəbdə tüğyan edir.

A.Nəzərlinin digər yaxın qohumu əmisioğlu Nicat Nəzərov kimdir? Bir neçə gün bundan öncə Nicat Nəzərovun Almaniyada yaşayan qardaşının Orduxan Teymurxana anti Azərbaycan əleyhinə sosial şəbəkədə dəstək vermiş və Prezident Administrasiyası da bundan xəbər tutmuşdur.
Bir neçə ay bundan öncə A.Nəzərli Nicat Nəzərovu Bakıda yerləşən 40 saylı məktəbə direktor təyin etmək istəsədə bu istəyi alınmamışdır.Eynilə bu məktəbdə də kollektiv kənardan gələn və imtahandan keçməmiş birini qəbul etmək istəməmləri idi.Nicat Nəzərov bu məktəbdə pul yığa bilməyəcəyini və kollektivin ona qarşı hörmət bəslənməyəcəyini görüb səs-küy yaranmadan vaz keçdi.

Ardı olacaq.....

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR