SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Laçın səhiyyəsini viran qoyan Aqil Nəzərli və Güllü İbadova dueti-VİDEO+FAKT

11-02-2019, 00:49 | Oxunub: 512 |

Laçın səhiyyəsini viran qoyan  Aqil Nəzərli və Güllü İbadova dueti-VİDEO+FAKT Laçının dövlət idarə müəsissələri tam iflic vəziyyətdədir.Buna səbəb icra başçısının savadsız,saxta diplomlu olması və idarəçiliyi düzgün qura bilməməsinin acı nəticəsidir.Bu uğursuz nəticələrdən isə əziyyət çəkən Laçın sakinləridirlər.
Laçının təhsilini,səhiyyəsini diz üstə çökdürən A.Nəzərlinin əsas gəlir yerlərindən olan bu idarələrdə vəziyyət acınacaqlıdır.Korrupsiya bataqlığına qərq olmuş bu idarə rəhbərlərini nələr gözləyir bir tək onu Allah bilir.

Laçın səhiyyəsini viran qoyan  Aqil Nəzərli və Güllü İbadova dueti-VİDEO+FAKT


A.Nəzərli rayona baş bilən gələn gündən sanki ölkə rəhbərliyi tərəfindən Taxta-Körpü,Laçın obaları kimi bir yerin olması tamamilə unudulub və Nəzərlilərə ənam olaraq verilib.A.Nəzərli də bu fürsətdən istifadə edib rayonu şəxsi mülkiyyəti kimi istifadə edir.
Səhiyyədə baş verən qanunsuzluqlar isə gündən günə insanları şikayət etməyə vadar edir.
Şeylanlı kənd sakini Bərzani Abbasov dəfələrlə baş həkim Güllü İbadovanın qanunsuz əməllərini ifşa edərək əsaslı faktlar ortaya qoymuşdur.
Acınacaqlısı odur ki,xəstəni xəstəxanaya aparasan və xəstəxanada heç kimi tapmayasan.Güllü İbadova və Aqil Nəzərli Laçına və laçınlılara bu cürmü xidmət edirlər?
Laçının səhiyyə şöbəsi bu cürmü insanların qayğısına qalır? Söz insan həyatından gedir, insan hisslərinin öldüyü yer Taxta-Körpüdür.
Sizə təqdim edəcəyim video isə Laçının baş həkimi Güllü İbadovanın insanlara necə xidmət etdiyinin baris nümunəsidir.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR