SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Birinci vitse-prezident Mehriban Əliyevaya Şəhid anasından ürək dağlayan -MÜRACİƏT

12-03-2019, 13:43 | Oxunub: 192 |

Birinci vitse-prezident Mehriban Əliyevaya Şəhid anasından ürək dağlayan -MÜRACİƏTÇox hörmətli Mehriban xanım Əliyeva sizə müraciət edir Yevlax şəhər sakini şəhid Rəfael Əhmədovun anası Əhmədova İrina:

Bildirmək istəyirəm ki,sizin məktubunuza əsasən DSMF Yevlax rayon şöbəsi tərəfindən şəhid ailəsi vəsiqəsi verilmiş və vəsiqənin etibarlılıq müddəti 2020-ci il göstərilmişdir.Əlimizdə şəhidliyi tesdiq edən bütün sənədlər ola-ola Yevlax rayon DSMF müdüri Zərifə Əzizova təqaüdlə təmin etməkdən imtina etdi.Mənim oğlumun adını xatirəsini təhqir edərək 5 ildi məhkəmələrdə sürünürük.
Axı mənim övladım cinayət etməyib canından qanından keçib vətən uğrunda 1999-cu il tarixdə 706 saylı hərbi hissədeə xidməti vəzifəsini yerinə yetirərkən düşmənlə sərhəddə Fizuli rayonunda şəhid olub.Sonradan oğlumun şəhid olması faktının inkar edilməsi qətiyyən yolverilməzdi.
Mənim 2 övladım var idi biri şəhid olub o biri isə 40 yaşında vəfat edib.
Bu itki dözülməzdi.Mənim 60 yaşım var 55 manat təqaüd alıram,yoldaşımın 65 yaşı var artıq işləməyə gücümüz qalmayıb.Bizə hökümətdən başqa kömək istəmək yerimiz gümanımız yoxdu.Bəzi məmurların haqqsız ədalətsiz qanunsuz hərəkətləri bizi məhv edir.Onların bizim axırıncı tikəmizi almaqları mənim övladımın Prezidentin verdiyi qərarı ilə düşən təqaüdü verməməkləri ata ve ananı gözlərini yaşlı qoyan məmurlar nəyinki bizim ailəmizə hətta a Respublikamıza xələl gətirir.Ana və ata diz çöküb son günlərimizi yaşamaqdan ötru sizdən kömək istəyirik.
Sizin köməyinizə bizim böyük ehtiyacımız var.

Hörmətlə şəhid anası Əhmədova İrina

Birinci vitse-prezident Mehriban Əliyevaya Şəhid anasından ürək dağlayan -MÜRACİƏT

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR