SON DƏQİQƏ

vetenoglu.info
 Valyuta məzənnəsi

Kür çayında icazəsiz balıq ovlayan şəxs saxlanıldı

22-11-2018, 13:56 | Oxunub: 52 |

Kür çayında icazəsiz balıq ovlayan şəxs saxlanıldıEkologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Tovuz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən Vetenoglu.info-ya verilən məlumata görə, araşdırma zamanı brakonyerin Tovuz rayon sakini Rövşən Salmanov olduğu müəyyən edilib, ondan ovladığı balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq R.Salmanov barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
ŞİKAYƏTLƏR
ŞOU-BİZNES
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR